28/04/2017 17:59

Çin helikopter parkını gücləndirir – FOTOLAR

Rusiyanın “Rostex” Dövlət Şirkəti Çin Silahlı Qüvvələrinə 14 ədəd çoxməqsədli helikopter verir.

Bu barədə “AzeriDefence” “Rostex”ə istinadən məlumat verib.

Çin və Rusiya arasında imzalanan müqaviləyə əsasən “Rostex” 2019-cu ilə qədər Çin Hərbi Hava Qüvvələrinə Ka-32A11VS və Mi-171A2-dən ibarət 14 ədəd helikopter təhvil verəcək.

Helikopterlərin ilk partiyasının çatırılması 2017-2018-ci ildə həyata keçiriləcək.

“Vertolyot Rossii” şirkətinin istehsalı olan Ka-32A11VS helikopterləri təcili tibbi yardımın göstərilməsi, həmçinin xiasetmə və yanğınsöndürmə üçün nəzərdə tutulub. Bundan başqa, helikopter təbii və texnogen xarakterli fövqəladə vəziyyətlər zamanı digər təcili işlər üçün istifadə oluna bilər.

“Vertolyotı Rossii” şirkətinin istehsalı olan Mi-171A2 – orta sinifin ən yeni çoxməqsədli helikopteridir. Mi-171A2 helekopteri üçün “Aviacihazqayırma” şirkətlər qrupu tərəfindən yeni KBO-17 bort avadanlıqları yaradılıb.

KBO-17 avadanlığına pilot-naviqasiya informasiya və bort sisteminə 6×8 düym ölçülərində 4 maye kristal ekran daxildir. Həmin avadanlığın köməyi ilə helikopterin ön və arxa tərəflərindən görüntülər aşkar edilə bilir.

Mi-171A2-da GLONASS/GPS ikikanallı rəqəmsal avtopilot da mövcuddur.

Mi-171A2 daha güclü VK-2500PS elektron sistemli mühərriklə təmin olunub. Mi-171A2-nin uçuş məsafəsi yanacağın həcminə görə, 850 km-dir. Yüklə birgə çəkisi isə 5 tondur.

Helikopterin müasir avionikası Mi-171A2-yə istənilən hava şəraitində uçmaq imkanı yaradır.  Helikopter 280 km/saat sürətlə uçur.