10/09/2013 09:55

Çin HJ-9 tank əleyhinə raketini təkmilləşdirib

Çin uzaq məsafəli özüyeriyən tank əleyhinə raket kompleksini iştirakı ilə döyüş atışlı təlim keçirib. “AzeriDefence”nin xarici hərbi mediaya istinadən verdiyi məlumata görə, HJ-9 adı verilmiş tank əleyhinə idarə olunan raket kompleksi 5 min metrdən artıq atış məsafəsinə malikdir.

Lazer başlıqlı HJ-9 raketinin yeni modifikasiyalarında radiolokasiya və lazer idarəetməsi təkmilləşdirilib və bununla atış uzaqlığı artırılıb.