28/10/2017 12:41

Çin ilk nəqliyyat PUA-nı sınaqdan keçirib – VİDEO

Çin yeni AT-200 indeksli pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirib.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, Çinin Şansi əyalətində keçiriliən ilk sınaq uçuşları zamanı  yük daşınması üçün nəzərdə tutulan AT-200 PUA yüksək performans nümayiş etdirib.

PUA-nın ilk sınaq uçuşu 26 dəqiqə davam edib. Sınaq zamanı pilotsuz uçuş aparatının dözümlülüyü və idarə edilmə səviyyəsi yoxlanılıb. Bildirilir ki, sınaq zamanı uçuş normal həyata keçirilib.

Çin Elmlər Akademiyasının Termikfizika Mühəndislik İnstituti tərəfindən hazırlanmış AT-200 dünyada ilk nəqliyyat pilotsuz uçuş aparatı hesab olunur.

PUA-nın uzunluğu 11.84 m, hündürlüyü 4 m, qanadları arasındakı məsafə 12.8 metrdir. Uçuş çəkisi 3.4 ton, yükqaldırma qabiliyyəti 1.5 ton olan PUA-nın sürəti 313 km/saat təşkil edir. Uçuş müddəti 8 saat olan AT-200-ün uçuş məsafəsi 2183 kilometrdir. PUA-nın yük bölməsinin həcmi isə 10 kubmetrdir.