02/10/2017 09:43

Çin J-20 yeni nəsil döyüş təyyarəsini silahlanmaya qəbul edib

Çin J-20 yeni nəsil döyüş təyyarəsini silahlanmaya qəbul edib.

Bu barədə “AzeriDefence” “Xinhua” agentliyinə istinadən məlumat verib.

Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi J-20 təyyarəsinin silahlanmaya qəbulunu qəbul edildiyini təsdiqləsə də yeni nəsil döyüş təyyarəsinin hansı aviasiya hissələrinə veriulməsi və sayı barədə açıqlama verməyib.

Qeyd edək ki, rəsmi məlumatlarda təyyarənin uçuş uzaqlığı 5500 km təşkil edir. Təyyarənin ilk uçuşu 2011-ci ilin yanvar ayında olub.

ABŞ-ın F-22-in və F-35 döyüş təyyarələrinin əsas rəqibi olan J-20-ni silahlanmaya qəbul etməklə, Çin dünyada ABŞ-dan sonra beşinci nəsil döyüş təyyarəsinə malik ikinci dövlət olub.