26/01/2012 10:54

Çin “MBT-2000″də iddialıdır

Çin yeni tankının sınaqlarını həyata keçirib. İnternetdə yayımlanan videoda 2011-ci ilin sonunda Daxili Monqolustan ərazilərində keçirilən sınaqlarda tankın qabaqcıl rəqəmli idarəetmə sistemi ilə təchiz olduğu nümayiş etdirilib.
MBT-2000 adlanan tankın baş konstruktoru Fenyu Bonun sözlərinə görə, 2011-ci ilin noyabrında tank artıq hərəkət sınaqları proqramını yerinə yetirib. Bu proqram üzrə 5700 km məsafə qət olunub. Tank fasiləsiz gediş rejimində 400 kilometr məsafəni qət etməyə nail olub.

Çəkisi 51 ton təşkil edən tank 882 KVt-lıq (1200 at gücünə malik) dizel mühərriklə təchiz olunub. Konstruktorun sözlərinə görə, yeni Çin tankı hərəkət qabiliyyətinə və manevr imkanlarına görə qərb ölkələrindəki anoloqlarını geridə qoyur. Gələcəkdə sifarişçinin tələbinə uyğun olaraq mühərrikin 1300 at gücünə çatdırılması mümkündür.

Avtomatik doldurulan 125 mm-lik topa malik tank ən müasir döyüş-informasiya sistemi ilə təchiz olunub. Tankın sürücü kabinəsi hər cür hava şəraitində hərəkəti idarə etmək imkanı verən iki kamera, tuşlayıcı və komandir isə davamlı ekranlara malik ekranlara malikdir. Tankın bütün kompyuter sistemi vahid informasiya kompleksinə çevirilib.

Yeni tank güclü zirehli müdafiəyə malikdir və müdafiə səviyyəsinə görə alman “Leopard-2A7” tanklarına ekvivalent hesab olunur. Tank rəqibin raketlərin havada məhv edən aktiv müdafiənin sistemiylə də təchiz edilib. Rusiyanın T-90S tankının əsas ixracat rəqibi hesab ediəcək MBT-2000 öz texniki imkanlarına görə, anoloqunu üstələyir.

Bu tankın qərbdəki anoloqlarından qiymətinə görə çox ucuz olacağını deyən «Norinco» konserninin nümayəndələrinin sözlərinə görə, MBT-2000 qısa müddətdə dünya bazarında yerini tutacaq.