26/01/2012 12:18

Çin “Predator”u da kopyaladı

Sənaye casusluğunu ən yüksək səviyyədə həyata keçirən Çin ABŞ-ın ən populyar pilotsuz uçuş aparatı olan “Predator”un bənzərini yaradıb. ADN-in məlumatına görə, “Predator”u kopyalayan Çin onun ilk havadan yerə hücumunu əks etdirən videogörüntünü internetdə yayımlayıb.

Pilotsuz uçuş aparatının lazer başlıqlı raketlərlə hədəfləri vurduğu görüntülərdə əks olunub.

Çin istehsalı olan PUA-nın texniki göstəriciləri barədə hələ ki detallı məlumatlar yoxdur.