18/05/2017 14:54

Çin “Qara Qasırğa”nı sınaqdan keçirdi

Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) “Qara Qasırğa” adı alan Z-19E yüngül döyüş helikopterini uğurla sınaqdan keçirib.

“AzeriDefence” xarici mətbuata istinadən verdiyi məlumata görə, Z-19E döyüş helikopertinin uçuşu Harbin şəhərindəki aerodromların birində həyata keçirilib.

Z-19E helikopterinin çəkisi 4.25 ton təşkil edir, kabinəsi iki pilot üçün nəzərdə tutulub. Müasirləşdirilən yeni döyüş helikopertində kabinənin konstruksiyası dəyişdirilib. Sələfi Z-9-dan fərqli olaraq daxildəki səs küyün səviyyəsi azaldılıb. Döyüş texnikası gülləkeçirməyən yanacaq çəni ilə təchiz olunub. Sürəti və manevr qabiliyyətinə görə öz sinfində “Qara Qasırğa” digər helikopterləri üstələyir.

Z-19E döyüş helikopertləri canlı hədəfləri eləcə də yüngül və ağır zirehli texnikanı məhv etmək üçün nəzərdə tutulub. Sifarişçilərin istəyinə uyğun olaraq döyüş helikopterinin parametrləri dəyişdirilə bilər.