12/03/2017 19:12

Çin radara yaxalanmayan yeni döyüş təyyarəsini silahlanmaya daxil edib

Çinin radarlara aşkarlanmayan J-20 “stels” döyüş təyyarəsi Hərbi Hava Qüvvələrinin aviasiya parkına daxil edilib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

J-20 döyüş təyyarəsi Çinin “Chengdu Aircraft Industry Group” şirkəti tərəfindən yerli imkanlar hesabına yaradılıb.

Təyyarənin ilk uçuşu 2011-ci il yanvarın 11-də həyata keçirilib və böyük diqqət cəlb edib. J-20 döyüş təyyarəsi “Luoyang Electro-Optical Research Institute” tərəfindən istehsal olunan PL-10 SRAAM və PL-12 “Medium Range AAM” raketləri ilə silahlandırılıb.

Tək pilotlu təyyarənin uzunluğu 20 metr, hündürlüyü 4,45 metr, qanadları arasındakı məsafə 13 metrdir.

Çəkisi 19,391 kq olan J-20 döyüş təyyarəsinin maksimum sürəti 2100 km/saat təşkil edir.