14/11/2017 18:05

Çin səsdən sürətli PUA-nı sınaqdan keçirib

Çin DF-ZF səsdən sürətli pilotsuz uçuş aparatını sınaqdan keçirib.

“AzeriDefence” “Populyarnaya mexanika” nəşrinə istinadən xəbər verir ki, Çinin CCTV dövlət kanalı pilotsuz uçuş aparatının prototipi ilə bağlı hazırladığı reportajı təqdim edib.

Bildirilib ki, hipersəsli pilotsuz uçuş aparatı 12 min km/saat sürət yığa biləcək və nüvə başlıqlı raketlərlə təchiz ediləcək. Pilotsuz uçuş aparatının artıq yeddi sınaq uçuşu həyata keçirilib.

“Sınaqlar müvəffəqiyyətlə tamamalanıb. DF-ZF pilotsuz uçuş aparatının daha bir özəlliyi isə odur ki,  yüksək sürəti sayəsində onu hava hücumundan müdafiə və peyk kəşfiyyat sistemlərinin köməyi ilə yaxalamaq mümkün deyil”, – deyə nəşr yazıb.

Qeyd edilir ki, DF-ZF agrodinamik güclərindən istifadə edərək manevr etmək imkanına da malikdir. PUA işə salındıqdan o ballistik trayektoriyası üzrə atmosferə daxil olur və sonra istiqamətini dəyişdirə bilir. Həmçinin, DF-ZF kinetik enerji ehtiyatından istifadə etməklə uçuş məsafəsini əhəmiyyətli dərəcədə artıra bilər.