31/10/2017 23:14

Çin şirkəti “Changan CS95”i silahlandırdı- FOTOLAR

Çinin “Changan Automobile Group” şirkəti “Changan CS95” avtomobilini idarəolunan döyüş modulu ilə silahlandırıb.

“AzeriDefence”nin Çin mediasına istinadən verdiyi məlumata görə, “Changan CS95” krossoveri Çin Xalq Ordusunun yaranmasının 90 illiyi şərəfinə hərbiləşdirilib. Avtomobil 12.7 mm-lik pulemyotla təchiz edilmiş distans idarə olunan döyüş modulu ilə silahlandırılıb.

Qeyd edək ki, “Changan” şirkəti hazırda Çin Xalq Respublikasında öz istehsal imkanlarına görə üçüncü böyük avtomobil istehsalçısı hesab olunur.