22/10/2012 15:41

Çin şirkətindən yeni zirehli nəqliyyat vasitəsi

Çinin “Poly Technologies” şirkəti CS/VN4 təkərli zirehli nəqliyyat vasitəsinin son nəsilini təqdim edib. “AzeriDefence”nin məlumatına görə, 6×6 təkər formuluna malik CS/VN4 hərbi maşını yüksək keçicilik qabiliyyətinə malikdir.

Maşın yüksək sürət, yanacaq sərfiyyatının az olması və təhlükəsiz idarəetməsinə görə analoqlarından fərqlənir.

“Cummins” dizel mühərriki ilə təchiz olunmuş nəqliyyat vasitəəsi şosse yolda 100 km/saat sürətlə, birbaşa 970 km məsafəyə hərəkət edə bilir.

Ekipaj bölməsi 180 dərəcə bucaq altında görünüşü təmin etmək üçün hər iki tərəfdə böyük güllə keçirməyən pəncərə və bir kiçik pəncərəyə malikdir. Heyət maşını arxadakı qapıdan tərk edir.

Yeni zirehli maşının üzərinə tank əleyhinə raket kompleksləri yerləşdirilib.