23/11/2017 12:49

Çin VN-18 amfibiya döyüş maşının dövlət sınaqlarını keçirib

Çin ordusu VN-18 indeksli piyadaların döyüş maşınının dövlət sınaqlarını keçirib.

“AzeriDefence” xəbər verir ki, bu haqda CGTN telekanalı məlumat yayıb.

Çinin “Norinco” şirkəti tərəfindən hazırlanan VN-18 amfibiya tipli zirehli maşın saatda 65 kilometrə qədər sürətlə, suda isə saatda 30 kilometrə qədər sürətlə hərəkət edə bilir.

1600 at gücündə olan transportyorun çəkisi 26 tondan çoxdur. Mütəxəssislərin sözlərinə görə, VN18 öz sinfində ən sürətli və güclü hərbi texnika hesab olunur.