09/06/2017 15:04

Çin yeni amfibiya döyüş maşının təqdimatın keçirib

Çinin Elmi Tədqiqat İnstitutu (NEVORI – China North Vehicle Research Institute) tərəfindən yaradılan yeni amfibiya döyüş maşının təqdimatı keçirilib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Su üzərində sürəti 50 km/saat təşkil edən transportyorun ağırlığı 5.5 tondur.

Maşının 70 dərəcədə əyilə bilən təkərləri suya girdiyində korpusa sıxıldığı üçün hərəkətə mane olmur.

Yeni döyüş maşının həm nəqliyyat vasitəsi, həm də patrul kateri kimi istifadəsi nəzərdə tutulub.

Məlumatda o da qeyd olunub ki, maşının döyüş modulu və ya raket sistemi ilə silahlandırılması Çinin desant qüvvələrinin istismarında olan döyüş maşınlarının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.