30/11/2017 13:06

Çin yeni lazer silah kompleksini təqdim edib – VİDEO

Çinin “GuoRong” şirkəti kiçik pilotsuz uçuş aparatı (PUA) əleyhinə hazırladığı yeni mobil lazer silah kompleksini təqdim edib.

“AzeriDefence”nin “East Pendulum”a istinadən verdiyi xəbərə görə, yeni hava hücumundan müdafiə kompleksi iki kiçik yük maşının üzərinə inteqrasiya olunub.

Onlardan biri radiolokator və radioelektron mübarizə (REM) sistemi ilə təchiz edilib. İkinci maşına isə elekto-optik modul və lazer quraşdırılıb.

Şirkətin təqdim etdiyi video görüntülərdə test edilən lazer silah əvvəlcə gözəgörünməz şüa ilə drona asılmış şərti plastik hədəfi, daha sonra dronun özünü vuraraq zərərsizləşdirir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, REM sistemin təsir uzaqlığı 55 kilometr təşkil edir. Lazer silah isə 600 metrə qədər hündürlükdə dron və başqa məsafədən idarə olunan hava plarformalarını neytrallaşdıra bilir.