17/08/2017 12:37

Çin yeni yaradılan PDM-in sınağına başlayıb

Çinin NORİNCO korporasiyası yeni ağır piyadaların döyüş maşınının (PDM) sınağına başlayıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Çinin VT5 yüngül tankı əsasında yaradılan yeni PDM 30 mm-lik avtomatik top ilə təchiz edilib.

Hal-hazırda istehsalçı şirkət, yeni PDM-in xarakteristikası barədə ətraflı açıqlama verməsə də bildirib ki, transportyorun portativliyi və müdafiəsi VT5 tankının imkanlarına uyğun olacaq.