24/04/2015 00:09

Çindən yeni tip zirehli maşın

Çində xüsusi təyinatlı məqsədlər üçün yeni tip zirehli maşın istehsal olunub.
“AzeriDefence”nin defence-blog-a istinadən verdiyi məlumata görə, yeni zirehli avtomobil çoxməqsədli fəaliyyət üçün nəzərdə tutulub.

İstehsalçıların fikrinə görə, maşın şəxsi heyətin daşınması, sərhəd mühafizəsi, kəşfiyyat-potrul xidməti, təcili yardım və digər məqsədlər üçün təyinatlandırılıb.

Maşının üstünlüklərindən biri də transportyorun istənilən əraziyə adaptasiya olunmasıdır.