14/06/2019 16:50

Çinin Müdafiə nazirinin Azərbaycana səfəri planlaşdırılır

Çinin Müdafiə naziri general Vei Fenqenin Azərbaycana rəsmi səfəri planlaşdırılır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Çinin səfiri Vey Cinhuan ilə görüşündə bildirirlib.

Görüşdə Çinin Müdafiə nazirinin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfərin tarixi barədə heç bir məlumat verilmir.