17/11/2017 13:34

Çinin SH-3 özüyeriyən haubitsası Ruanda Ordusunda sınaqdan keçirilib

Çinin 122 mm-lik SH-3 özüyeriyən haubitsası Ruanda Silahlı Qüvvələrinin hərbi təlimlərində sınaqdan keçirilib.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, bu haqda Raunda prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin yaydığı görüntülərdə Ruanda Ordusunun təlimlərində Çinin 122 mm-lik SH-3 özüyeriyən haubitsası müşahidə olunub.

Çin dairələrində bu sistemlərin başqa ölkəyə tədarükü ilə bağlı rəsmi məlumat yoxdu. Ruandanın da nə qədər SH-3 haubistası aldığı məlum deyil. Lakin ehtimal edilir ki, Çin SH-3 özüyeriyən haubistaları Ruandaya test edilməsi üçün göndərib.

NORİNCO-nun amfibiya imkanlarına malik 122 mm-lik SH-3 özüyeriyən haubitsası sovet 2S1 “Qvozdika” haubitsasının əsasında yaradılıb. Sistem 122 mm-lik mərmilərlə 15,3, reaktiv mərmilərlə 27 km-dək hədəfə atəş aça bilir. Haubitsa Çin sursatları ilə yanaşı sovet D-30 toplarında istifadə edilən sursatlardan istifadə edir.

Çin Ordusunun silahlanmasına daxil olan SH-3 haubitsaları yüksək manevrliyi, təkmilləşdirilmiş atəş-nəzarət sistemi ilə sələflərindən fərqlənir. “Type 97” piyada döyüş maşının şassisi üzərində yaradılmış haubitsa 590 at gücündə BF8M1015CP turbo dizel mühərriki ilə təchiz olunub.