17/05/2018 12:43

Çinin Z-19E döyüş helikopterinin atış sınaqları yekunlaşıb

Çin Aviasiya Sənayesi Korporasiyası (AVİC) Z-19E yüngül döyüş helikopterinin atış sınaqlarını başa çatdırıb.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, helikopter sınaqlar zamanı “hava-hava”, “hava-yer” tipli idarə olunan raketlərlə atışlar həyata keçirib. Sınaqlar nəticəsində Z-19E helikopterinin atış kontrol sistemi və uçuş imkanları yüksək qiymətləndirilib.

Z-19E helikopterinin çəkisi 4.25 ton təşkil edir. İki pilotlu müasirləşdirilmiş yeni döyüş helikoperində kabinənin konstruksiyası dəyişdirilib. Sələfi Z-9-dan fərqli olaraq daxildəki səs-küyün səviyyəsi azaldılıb. Helikopter güllə keçirməyən yanacaq çəni ilə təchiz olunub. Sürəti və manevr qabiliyyətinə görə öz sinfində “Qara Qasırğa” adı alan Z-19E digər helikopterləri üstələyir.

Z-19E döyüş helikopertləri canlı qüvvələri, eləcə də yüngül və ağır zirehli texnikanı məhv etmək üçün nəzərdə tutulub. Sifarişçilərin istəyinə uyğun olaraq döyüş helikopterinin parametrləri dəyişdirilə bilər.

Xatırladaq ki, Çin Aviasiya Sənayesi Korporasiyası Z-19E yüngül döyüş helikopterinin ilk sınaqlarını 2017-ci ilin may ayında keçirib.