09/10/2012 07:50

CİPS-2012 – Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi

Oktyabr ayının 17-dən 20-dək Bakıda 5-ci Yubiley Xəzər beynəlxalq Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri – CIPS-2012 sərgisi keçiriləcək. “AzeriDefence”nin sərginin saytına istinadən verdiyi məlumata görə, CIPS-2012 sərgisində xilasetmə vasitələri, yanğın təhlükəsizliyi, kompüterlərin mühafizəsi, yüksək intellektual mühafizə vasitələri, mühafizə televiziyası, qəza və xilasetmə texnikası, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi sistemləri nümayiş etdiriləcək.

Bu il Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi sərgidə öz stendi ilə iştirak edəcək və iştirakçı ölkələrin siyahısına Türkiyə, İtaliya və Rusiya da daxildir. Bu ilki sərginin mövzusu həm mütəxəssislər, həm də sıravi ziyarətçilər üçün maraqlı olacaq. Belə ki, bu gün təhlükəsizlik həm işgüzar dairələrdə, həm də gündəlik həyatımızda mühüm əhəmiyyət kəsb edir. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislərə də unikal şans təqdim ediləcək, çünki İKT texnologiyaları əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində geniş tətbiq olunur. CIPS sərgisi öz meydançasında təhlükəsizlik və xilasetmə vasitələrinin aparıcı şirkətlərini bir araya gətirəcək.
www.cips.az