20/04/2013 10:48

Cənubi Koreya “Apache” helikopterini seçdi

Cənubi Koreyanın 36 ədəd döyüş helikopterinin satın alınması üçün açdığı tenderin qalibi Boeing şirkəti olub. “AzeriDefence”nin məlumatına görə, bu barədə Koreyanın “Renhap” agentliyi bildirib.

Müsabiqənin son mərhələsində Boeing şirkəti AH-64E “Apache”, Bell şirkəti AH-1Z “Cobra” və TAİ şirkəti T-129B ATAK helikopteri ilə mübarizə aparıb.

Tərəflər arasında imzalanacaq müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları təşkil edir. Müqavilə helikopterlərin və müşahidə avadanlığının çatdırılmasını, personalın hazırlanmasını əhatə edir.