10/08/2013 14:08

Cənubi Koreya müdafiə nazirinin müavini Bakıya gəlib

Cənubi Koreya müdafiə nazirinin müavini Bak Song-Co (Baek Seung-joo) Azərbaycana səfərə gəlib. Bu barədə “AzeriDefence” Koreyanın “Yonhap” agentliyinə istinadən məlumat verib.

Səfər çərçivəsində nazir müavini Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev və Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyevlə görüşüb. Iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycan və Cənubi Koreya arasında ikitərəfli hərbi əməkdaşlığa dair memorandum imzalanıb.