17/04/2013 07:17

Cənubi Koreya yeni mina detektoru yaradır

Cənubi Koreyanın Samsung Thales Co. firması nəqliyyat vasitələrinə quraşdırılan mina detektorunun yaradılması proqramına start verib. Bu barədə “AzeriDefence” Samsung Thales Co. şirkətin saytına istinadən məlumat verib.

Mina detektor Novelda NVA6100 Nanoscale impuls radar sisteminin bazasında olacaq. Ənənəvi texnologiya ilə müqayisədə Novelda NVA6100 Impulse Radar sisteminin bir neçə təkmilləşdirilməsi və əlavə dəyər funksiyaları təklif edilir. Artırılmış sürətli və yüksək həssaslıq ilə bu sistem cütləşmiş maneələrin arxasında obyektləri aşkar etməyə imkan verir. O, həmçinin mövcud ultrasəs, video və infraqırmızı sensor texnologiyalarını əvəz edir.