08/10/2013 09:46

Cənubi Koreya yeni reaktiv atəş sistemini nümayiş etdirib

Cənubi Koreyanın Hanwha Korporasiyası “Cheonmoo” adlı reaktiv yaylım atəş sistemi hazırlayıb. “AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, “Cheonmoo” eyni vaxtda iki – 230 və 130 mm çaplı raketlərdən atışlar həyata keçiririr.

Reaktiv sistemin məhvetmə uzaqlığı 80 kilometr (130 mm) və 160 kilometr (230 mm) təşkil edir.

Xüsusi təkərli şassidə quraşdırılmış reaktiv atəş sistemi C-130 tipli təyyarələrdə daşına bilir.

Reaktiv atəş sisteminin yaradılması işlərinə 2009-cu ildə başlanıb.