12/02/2013 11:18

Cənubi Koreyada yeni snayper tüfəngi hazırlanıb

Cənubi Koreya Ordusu 7.62 mm çaplı K14 snayper tüfəngi silahlanmaya qəbul edib. Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

İlk olaraq yeni tüfəng ilə xüsusi təyinatlı bölmələr 2010-cu ildən isə qoşunlar təchiz ediləcək.

Yeni silahın yaradılması üzrə işlərə 2010-cu ildə başlanıb. İki il sonar ordu üçün XK14 adlandırılmış birinci prototip təklif edilib. 2013-cü ilin başlanğıcında yeni snayper tüfənginin hazırlaması başa çatıb və silah K14 indeksini alıb. S&T Motiv şirkəti ilə ordu arasında tüfənglərin çatdırılmasına dair 3 milyon dollar dəyərində ilk müqavilə bağlanıb.

7.62×51 kalibrli güllələr üçün nəzərdə tutulan K14 tüfəngi əl ilə doldurulur. Silahın baza versiyasında qundağın hündürlüyü tənzimlənir. Silahın üzərindəki Picatini relsi ona müxtəlif aksesuarlar əlavə etmək imkanı verir. İki qısa rels optik nişangahların bərkidilməsi üçün lülə qutusunda qurulub.

K14 Cənubi Koreyada hazırlanmış ilk snayper tüfəngidir. Indiyədək ordu və xüsusi bölmələr idxal silahlar ilə təchiz edilib.

Yeni silahın istehsalçısı S&T Motiv Daewoo Precision Industries tərəfindən yaradılıb və 2002-ci ilə qədər S&T Daewoo adlanıb.