25/06/2017 19:48

Cocuq Mərcanlıda 7 960 ədəd qəlpə və tank əleyhinə idarə olunmayan raket aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzəriDefence”yə verilən məlumata görə, 19-25 iyun 2017 -ci il tarixlərində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində Agentlik tərəfindən keçirilən əməliyyat nəticəsində 7 960 ədəd qəlpə, 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 184 735 kv.m (18.47 ha) ərazi tam təmizlənib, 78 200 kv.m (7.82 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.