18/11/2017 12:30

Cocuq Mərcanlıda F-1 əl qumbarası və PQ-7 raketi aşkar edilib – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Cocuq Mərcanlı kəndində aparılan əməliyyat axtarış zamanı 1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilib.

Nəticə etibarilə 12 500 kv.m (1.25 ha) ərazi tam təmizlənib, 6 000 kv.m (0.6 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.