23/11/2017 09:47

Cocuq Mərcanlıda piyada əleyhinə mina və partlamamış hərbi sursatlar aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 29300 kv.m ərazi tam təmizlənib.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Cocuq Mərcanlı kəndində 2 ədəd partlamamış hərbi sursat (RQ-42) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Ümumilikdə 6 gün ərzində 5 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 104800 kv.m ərazi tam təmizlənib, 32 400 kv.m (3.24 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.