19/06/2017 11:08

Cocuq Mərcanlıda son bir həftədə 6 891 ədəd qəlpə tapılıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 13-18 iyun 2017 -ci il tarixlərində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində keçirilən əməliyyat barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, 13-18 iyun tarixlərində Cocuq Mərcanlı kəndindən 6 891 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

Nəticə etibarilə 149 455 kv.m (14.95 ha) ərazi tam təmizlənib, 73 900 kv.m (7.39 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.