27/01/2012 11:23

D-12 “Listik” paraşütü 2013-cü ildə silahlanmaya qəbul ediləcək

D-12 “Listik” paraşütü gələn ildən Rusiyada silahlanmaya qəbul ediləcək. “AzeriDefence” saytının məlumatına görə, artıq bununla bağlı Rusiyanın Hava Desant Qoşunları müvafiq qərar qəbul edib.

Hazırda hərbçilər tərəfindən yeni paraşüt sisteminin uçuş sınaqları həyata keçirilir və paraşütün yaradılması işlərinin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.

D-12 “Listik” hazırda desantçılar tərəfindən istifadə olunan D-6 və D-10 paraşüt sistemlərini əvəz edəcək. Yeni paraşüt tam silahlı və təchizatla təlim-tədris və döyüş tullanmaları üçün nəzərdə tutulur. Paraşütün asma sistemi yaxşı tənzim edilir və daha yüngül və möhkəm materiallardan hazırlanıb.

Yeni paraşütün sınaqları istehsalçı Moskva Paraşüt İstehsalı Elmi-Tədqiqat institutu ilə birgə aparılır. Paraşütün istehsalı İvanovsk Paraşüt Zavodunda həyata keçiriləcək.

Yeni paraşütün üstünlükləri yerə yaxınlaşdıqda belə desanta dönməni yerinə yetirməsi, küləyə qarşı həkət etməsi, həmçinin təhlükəsiz enməyin mümkün olmasıdır. D-12 “Listik” 160 kq çəkiyə hesablanıb. Qeyd edək ki, mövcud D-10 paraşütlərində bu göstərici 140 kq təşkil edir.