25/07/2012 07:36

“Dağıstan” gəmisi “Kalibr-NK” kompleksləri ilə atış sınaqlarına başlayır

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyası üçün istehsal edilmiş “Dağıstan” raket gəmisinin Həştərxanda dövlət sınaqlarının ikinci mərhələsinə başlanıb. Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Bu mərhələdə gəmi ilk dəfə “Kalibr-NK” raket kompleksindən sahil hədəflərinə raket atışlarını həyata keçirməlidir. Bu mərhələdə gəmidən 100 dəniz mili uzaqlıqda 10×10 metr ölçülü hədəflərə atəş açılacaq.

Dağıstan Rusiya Hərbi Dəniz Qüvvələrinin “Kalibr-NK” universal raket kompleksi ilə silahlandırılmış birinci gəmisidir. Kompleks 300 kilometrə qədər uzaqlıqlardakı sahil hədəflərini məhv etmək üçün nəzərdə tutulub.