30/06/2018 16:11

Daha bir ölkə ASELSAN-ın ASELPOD hədəfləmə sistemini seçdi

Türkiyənin ASELSAN şirkəti adı açıqlanmayan xarici ölkə ordusuna ASELPOD elektro-optik hədəfləmə sisteminin satışını gerçəkləşdirib.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Dəyəri 30 milyon ABŞ dolları təşkil edən müqavilə çərçivəsində tədarük ediləcək ASELPOD alıcı ölkənin hava platformalarında qurulacaq.

Təyyarələrin gövdəsinin altına taxılan ASELPOD-un ağırlığı 220 kioqram uzunluğu 240 santimetrdir. ASELPOD çəkdiyi görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Podun ön hissəsində yüksək keyfiyyətli üçüncü nəsil FLİR kamera, 3-5 mikron dalğada çalışan detektorlar yer alır.

ASELPOD ehtiyac duuyulduqda lazer işıqlandırmasını da həyyata keçirir. Sistem eyni zamanda 4 hədəfi təqib etməyi bacarır. Lazer məsafəölçən ilə NATO RRF kodlarını istifadə edərək hədəflər işarələnə bilir.