01/09/2013 07:32

Danimarka Ordusu Revision şirkətinin Batlskin Cobra dəbilqələrini seçdi

Revision Military şirkəti Danimarka Silahlı Qüvvələrini 3000 ədəd Batlskin™ Cobra™ tipli dəbilqə ilə təchiz edəcək. “AzeriDefence”nin bildirdiyinə görə bu barədə Revision Military şirkəti məlumat yayıb.

Bundan əvvəl Danimarka Müdafiə Alınması və Logistik Təşkilatı (DALO) ilə imzalanmış müqavilə çərçivəsində Danimarka Ordusu Revision Military şirkətindən 4335 dəbilqə alıb və həmin dəbilqələrlə Əfqanıstandakı bölmələr təchiz olunub.

Bu dəbilqələr əvvəlki analoqları ilə müqayisədə əsgərləri küt təsirlərdən, partlayış və digər təsirlərdən daha yüksək səviyyədə qorunmasını təmin edir. Polietilen materiallardan hazırlanmış bu dəbilqənin çəkisi yüngüldür, tənzimlənmə xüsusiyyətləri mövcuddur. Dəbilqəyə istənilən aksesuarları əlavə etmək mümkündür.

Revision Military şirkəti dünyada hərbi təyinatlı qoruyucu eynəklərin və dəbilqələrin istehsalı üzrə ixtisaslaşıb. Şirkətin müştəriləri arasında ABŞ Müdafiə Departamenti, Hollandiya, İsveçrə, Danimarka, Almaniya, Böyük Britaniya, Kanada silahlı qüvvələri yer alır.