27/06/2019 20:06

Daxili İşlər naziri Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Sərəncama əsasən Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilib.