29/07/2019 18:20

Daxili Qoşunların Komandanı əsgər valideynləri ilə görüşüb

İyulun 28-də Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində əsgər valideynləri ilə görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

General-leytenant Ş.Məmmədov tədbirin təşkil olunmasında əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulamaqla qeyd edib ki, Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparması üçün hərtərəfli şərait yaradılıb.

Daxili Qoşunlar Komandanı əsgər valideynlərini dinləyərək, onların müraciət etdikləri məsələlər barədə konkret göstərişlər verib.

Görüşdən sonra, Daxili Qoşunların Komandanı şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə tanış olub, ərazidə aparılan abadlıq-quruculuq işləri ilə maraqlanıb.

General-leytenant Ş.Məmmədov döyüş xidmətinin təşkili və digər zəruri məsələlərlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verib.