10/09/2019 13:13

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının taktiki-xüsusi təlimi keçirilib – VİDEO

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.

“AzeriDefence”nin “Nuhçıxan”a istinadən verdiyi məlumata görə, “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonunda atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər.

Planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.