26/01/2018 19:46

Daxili Qoşunlarla bağlı qanun yenidən hazırlanıb

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə bağlı qanun yenidən hazırlanıb.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumatına görə, “Daxili Qoşunlar haqqında” yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasının işlər planına salınıb.

Yeni hazırlanan “Daxili Qoşunlar haqqında” qanun layihəsi ilk oxunuş üçün artıq hazırdır. Yeni qanun layihəsində Daxili Qoşunların xidmət və vəzifələri yeni və genişləndirilmiş formada təsbit olunub.

Qeyd edək ki, hazırda qüvvədə olan “Daxili Qoşunların statusu haqqında” qanun 1994-cü ildə qəbul olunub.