13/05/2013 16:42

DEARSAN Türkmənistan donanmasını yeni gəmi və katerlərlə təchiz edir

Türkmənistan Türkiyə şirkətinə əlavə gəmilər və katerlər sifariş verib. “AzeriDefence”nin DEARSAN şirkətindən əldə etdiyi əksklüziv məlumata görə, Türkmənistan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində bu ölkənin müvafiq qurumları üçün 2 ədəd Yeni Tip Gözətçi Gəmisi və 10 ədəd 15 metrlik ani müdaxilə kateri və müxtəlif yüklərin daşınması üçün bir ədəd 20 metr uzunluğunda kater (çıxarma kateri), həmçinin 4 ədəd müxtəlif tipli kater inşa edilərək sifarişçilərə çatdırılıb.

Hazırda 2 ədəd Yeni Tip Gözətçi Gəmisinin inşası işləri tamamlanmaq üzrədir.

Tərəflər arasındakı anlaşma çərçivəsində daha 6 ədəd Yeni Tip Gözətçi Gəmisinin inşası həyata keçiriləcək.