31/08/2013 17:46

Dekabrda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Hərbi Dialoqu keçiriləcək

Dekabr ayında Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Hərbi Dialoq iclasının keçirilməsi planlaşdırılır. “AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.

Səfirin sözlərinə görə, Bakıda keçiriləcək iclasda iki ölkə arasında hərbi sahədə əlaqələr müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Hərbi Dialoqu hər il keçirilir. Sonuncu iclas Ankarada olub.

Türkiyə tərəfindən Yüksək Səviyyəli Hərbi Dialoq iclasına bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının II rəisi, Azərbaycan tərəfindən isə müdafiə nazirinin müavini rəhbərlik edir.