30/05/2018 12:56

“Delta” “Didqori” zirehli avtomobilin pikap versiyasını təqdim edib

Gürcüstanın “Delta” Hərbi-Elmi Texniki Mərkəzi “Didqori” zirehli avtomobilinin yeni – pikap versiyasını hazırlayıb.

“AzeriDefence”nin Gürcüstan saytlarına istinadən verdiyi məlumata görə, maşın may ayının 26-da Gürcüstanın dövlət müstəqilliyi günü münasibəti ilə hərbi texnikanın sərgisində nümayiş olunub.

“Didqori AMEV” (tibbi təxliyyə maşınının) bazasında hazırlanmış maşın iki heyət və 5 hərbçini daşıya bilir. Maşının ön və arxada hər iki tərəfdə iki qapısı mövcuddur. Maşının üzərinə müxtəlif növ açıq və distans idarə olunan silahlar yerləşdirilə bilər.