17/04/2013 07:18

Denel Casspir maşınlarının yeni nəslini təqdim edib

Denel şirkəti Casspir zirehli nəqliyyat vasitəsinin təkmilləşdirilmiş iki yeni nəslini – Casspir NG 2000 və Casspir NG 2000B təqdim edib. Bu barədə “AzeriDefence” Denel şirkətinə istinadən məlumat verib.

Hər iki nəqliyyat vasitəsi orijinal avtomobilin əsas xüsusiyyətləri qorumaqla yanaşı təkmilləşdirilmiş müdafiəyə malikdir. Təkmilləşdirilmiş polad gövdə nəqliyyat vasitəsindən demining əməliyyatlarında təhlükəsiz istifadə imkanı verir.

Çox məqsədli Casspir təcili yardım, komanda və nəzarət maşını, bərpa avtomobili və ya yüngül bir personal daşıyıcı kimi istifadə oluna bilər. Modulyar dizayna əsaslanan bu maşınların 6×6 və ya 4×4 formullu versiyaları mövcuddur.

Avtomobilin sürəti 100 km/saat, birbaşa hərəkət məsafəsi 800 km-dir. Nəqliyyat vasitəsi hər təkər altında 14 kq partlayıcıya tab gətirmək üçün nəzərdə tutulur.