17/02/2017 14:17

“Denel” “Umkhonto-EIR” raketini təqdim edəcək

“Denel” şirkətlər qrupu fevralın 19-23 tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə 13-cü İDEX-2017 beynəlxalq müdafiə sərgisində silah və texnikalarını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence” “Denel” şirkətinin saytına istinadən məlumat verib.

Cənubi Afrika Respublikasının (CAR) aviasiya və müdafiə texnologiyaları istehsalçısı “Denel” şirkəti ixracatının 60 faizini Yaxın Şərq regionuna edir.

“Denel” stendində “Denel Dynamics” tərəfindən istehsal olunan “səth-hava” tipli “Umkhonto-EIR” raket, “hava-hava” tipli “A-Darter” raket və “Ingwe” və “Mokopa” yerüstü hədəflər əleyhinə idarə olunan raketləri təqdim olunacaq.

Həmçinin “Denel Dynamics” və “Rheinmetall Defence Munitions” (RDM) şirkətlərinin birgə istehsal etdiyi “Cheetah” zenit-raket sistemi, minaatan və digər artilleriya sistemləri nümayiş olunacaq.

Sərgidən təqdim olunacaq “Denel PMP” şirkəti tərəfindən hazırlanmış 20×42 mm çaplı PAW20 əl qumbaraatanı müasir şəhər döyüşlərində 800 metr effektiv atış məsafəsinə malikdir.

Sərgidə “Denel Land Systems”in 60 mm-lik minomyot sistemi geniş spektrdə, eyni zamanda DMG-5 pulemyotu və NTW-20 snayper tüfəngi sərgilənəcək.

DMG-5 pulemyotunun 5.56 x 45 mm və 7.62 x 51 mm patronlarından atəş açan 700-900 RPM modelləri mövcuddur. Pulemyotların effektiv atış məsafəsi 1500 metr təşkil edir.

Snayper tüfənginin isə 20×82 mm (NTW 20) və 20×110 mm Hispano (NTW 20×110) patronlarından atəş açan modelləri mövcuddur.

Tüfənglərin effektiv atış məsafəsi müvafiq olaraq 1500 m (20×82 mm) və 1800 m (20×110 mm) təşkil edir. Bundan başqa “Denel” şirkəti sərgidə “Rooivalk” döyüş və “Oryx” nəqliyyat helikopterlərinin müxtəlif versiyalarını nümayiş etdirəcək.