07/08/2018 12:48

“Dəniz kuboku – 2018” müsabiqəsində növbəti epizod yerinə yetirilib – VİDEO

Dəniz kuboku – 2018” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələdə “Xilasetmə vasitələrinin istifadəsi”  tapşırıqları  yerinə yetiriblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələdə Rusiya komandası birinci, Azərbaycan HDQ-nin komandası ikinci, İran komandası üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.

Yarışların ümumi nəticəsinə görə hal-hazırda Azərbaycan HDQ-nin komandası 2-ci yerdə qərarlaşıb.
“Dəniz kuboku – 2018” müsabiqəsinin növbəti mərhələsində “Üzən minaya artilleriya atışı” epizodu icra ediləcək.