10/08/2018 12:05

“Dəniz kuboku – 2018” müsabiqəsinin bağlanış mərasimi keçirilib – FOTOLAR

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Azərbaycanda keçirilən “Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsinin təltifetmə və bağlanış mərasimi keçirilib.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən mərasimində Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən, birinci dərəcəli kapitan Zaur Hümmətov, Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və digər xarici qonaqlar iştirak edib.

Final yarışlarının nəticələrinə görə, “Dəniz kuboku – 2018” müsabiqəsinin qalibi Rusiya hərbçiləri olub. İkinci yeri Qazaxıstan, üçüncü yerləri isə Azərbaycan və İran hərbçiləri tutublar.

Tədbirdə müsabiqədə iştirak etmiş ölkələrin hərbi dənizçilərinə mükafatlar verilib.

Mərasimdən sonra “Dəniz kuboku – 2018” müsabiqəsi bağlı elan edilib.