03/08/2018 14:38

“Dəniz kuboku-2018” müsabiqəsinin ikinci mərhələsi icra olunub – VİDEO

“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri “Gəminin davamlılığı uğrunda mübarizə” üzrə yarışda “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetiriblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ekipajlar bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər.

Komandalar növbəti gün “Xilasetmə vasitələrinin istifadəsi” epizodunu yerinə yetirəcəklər.