05/08/2019 15:43

“Dəniz Kuboku – 2019” müsabiqəsinin püşkatma mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz Kuboku – 2019” müsabiqəsinin püşkatma mərasimi keçirilib və hakimlərə sertifikatlar təqdim olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə müsabiqənin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququ verən sertifikatlar təqdim edilib.

Sonra müsabiqənin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilərək yarışacaq komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib.

Müsabiqənin avqustun 6-dan başlayacaq əsas hissəsində hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.