26/09/2012 09:44

Diehl IRIS-T SLM kiçik uzaqlığa malik zenit-raket kompleksini hazırlayır

Diehl Stiftung & Co. KG şirkəti tərəfindən hazırlanan IRIS-T SLM kiçik uzaqlığa malik zenit-raket kompleksinin 2014-cü ilin əvvəllərində silahlanmaya qəbulu nəzərdə tutulur. Bu barədə “AzeriDefence” xarici hərbi KİV-lərə istinadən məlumat verib.

Sistem qatı yanacaqlı mühərriklə təchiz edilmiş raketlə 10 km məsafədə hədəfləri məhv edə biləcək.

Raket sistemə daxil olan, SAAB firması tərəfindən hazırlanmış Giraffe AMB adlı radar vasitəsi ilə hədəfə istiqamətlənəcək. Bu RLS 20 km yükəsklikdə və 100 km uzaqlıqda hədəflərin aşkar edilməsinin imkanını təmin edir.