29/06/2018 17:29

DİN-in zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib:

 

general-leytenant ali hərbi rütbəsi

general-mayor Fazil Nəriman oğlu Ələkbərova

 

polis general-mayoru ali xüsusi rütbəsi

polkovnik Heydər Teyyub oğlu Heydərova

Qeyd edək ki, Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziridir. O, bu vəzifəyə 2017-ci avqustun 25-də təyin edilib.

Heydər Heydərov isə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisidir. H.Heydərov 2017-ci il yanvarın 27-də bu vəzifəyə təyinat alıb.