07/02/2019 14:35

Dmitri Şuqayev: Rusiya Belarusun Azərbaycana “Polonez” satışına normal yanaşır

Rusiya Belarusun Azərbaycana “Polonez” əməliyyat-taktiki raket komplekslərinin satışına normal yanaşır.

“AzeriDefence”nin məlumatına görə, bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.

“Azərbaycan bu gün tək bizimlə deyil, digər partnyorla da əməkdaşlıq edir, xüsusilə də belaruslarla. Birincisi, biz sağlam normal rəqabət bizi çəkindirmir. İkincisi, hər iki ölkə MDB-a daxildir. Buna görə biz kimə qarşı ola bilərik? Əgər bu sağlam düşüncə çərçivəsindədirsə, biz heç kəsə, heç nəyi diktə edə bilmirik və bunu etməyə hazırlaşmırıq”, – deyə Şuqayev bildirib.

Digər MDB ölkələri ilə hərbi-texniki əməkdaşlığın həm milli, həm də kollektiv təhlükəsizlik kontekstində davam etdirildiyini qeyd edən Xidmət rəhbərinin sözlərinə görə, KTMT çərçivəsində əlaqələr yüksələn xətt üzrə inkişaf edir. KTMT üzvü Belarus, Ermənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə imzalanmış müqavilələr lisenziyasız qarşılıqlı çatdırmaları nəzərdə tutur. Hansı ki, müəssisələr sifarişçi ilə birbaşa işləyə bilər.

Rusiya və Türkiyə arasındakı hərbi-texniki əməkdaşlıqdan danışan Şuqayev bildirib ki, Türkiyənin sifariş həcmi bu gün 1 milyard ABŞ dollarını ötür: “Türkiyə əlbəttə, milli müdafiə sənayesinin inkişafında ambisiyalara malikdir. Müəyyən sahələrdə əhəmiyyətli dərəcədə müvəffəqiyyət qazandı. Buna görə texnikaların, həmçinin aviasiya vasitələrinin birgə hazırlanması mövzuları partnyorları cəlb edir. Biz onlara maraqlandıran layihələr üzrə konkret həlləri təklif edə bilərik. Aviasiya texnikası üçün mühərriklərlə bağlı əməkdaşlığa hazırdır. S-400-də əlavə olaraq texnologiya əməkdaşlığı haqqında söhbət gedir. Biz bu sistemin ayrı elementlərinin istehsalının lokallaşdırmasına getməyə hazırıq. Bu halda ötürülmənin və ya bizim üçün həssas texnologiyanın kopyalanmasının heç bir təhlükəsinə olmayacaq”.