28/06/2014 09:44

Dəniz sərhədlərinin mühafizəsi güclənir

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin gəmiləri, katerləri və sahil nəzarəti məntəqələri tərəfindən cari ilin ilk 6 ayında Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində 67 gəmi və 220 qayığa baxış keçirilib.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, rejim qaydalarını pozmuş Azərbaycana məxsus 20, Rusiyaya məxsus 2, İrana məxsus 2 gəmi, Azərbaycana məxsus 182 qayıq, 307 nəfər heyət üzvü saxlanılıb.

Hesabat dövründə 57 sahibsiz qayıq, 1 milyon 477 min 625 metr müxtəlif çeşidli balıq ovlama toru, 292 min 744 ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülüb.